Ana Sayfa > Karusel / Hadisə > Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən “jurnalistlər” tutulub
Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən “jurnalistlər” tutulub11-08-2021, 17:42. Yazar: Admin |
Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən “jurnalistlər” cinayət başında yaxalanıblar. Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların hüquqlarını pozan, onların haqlı narazılıqlarına səbəb olan və bu yolla qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Qarbaginfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, belə tədbirlərdən biri kimi - Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Geri dön |