Ana Sayfa > Karusel / Dünya > 8,6 min adama peyvənd əvəzi duzlu su vuruldu

8,6 min adama peyvənd əvəzi duzlu su vuruldu


11-08-2021, 17:03. Yazar: Admin
8,6 min adama peyvənd əvəzi duzlu su vuruldu
Almaniyada tibb bacısının insanlara koronavirus peyvəndi əvəzinə duzlu su vurduğu ortaya çıxıb.
 
Qarabaginfo.az xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən vaksin mərkəzlərinin birində qeydə alınıb.
 
Tibb bacısının 8 min 600 nəfər şəxsə duzlu su vurduğu bildirilir. Zərərçəkmişlərin çoxu yaşlılardan ibarət olub.
 
Tibb bacısının sosial şəbəkə hesablarında vaksinasiyaya qarşı paylaşımları bütün şübhələri üzərinə çəkib. Hadisənin şübhəlisi olaraq bilinən tibb bacısının şəxsiyyəti açıqlanmayıb.
 
Onun məsuliyyətə cəlb olunub-olunmadığı haqda da heç bir məlumat verilməyib.
 
Qeyd edək ki, duzlu su ilə “peyvənd” olunan şəxslərin həyati təhlükə daşımadığı vurğulanır.

Geri dön