Ana Sayfa > Karusel / İdman > Polina Rəhimovanın səhhətində problem yaranıb
Polina Rəhimovanın səhhətində problem yaranıb11-08-2021, 16:25. Yazar: Admin |
Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yığmaya qayıdışı baş tutmayıb. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə federasiyanın vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, pandemiya dövründə 2 dəfə koronavirusa yoluxan 31 yaşlı hücumçunun səhhətində problemlər var. Təcrübəli oyunçu bu səbəbdən Avropa çempionatında komandaya kömək edə bilməyəcək. Qeyd edək ki, Avropa çempionatında A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Geri dön |