Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın baş infeksionisti vətəndaşlara müraciət edib

Azərbaycanın baş infeksionisti vətəndaşlara müraciət edib


11-08-2021, 15:30. Yazar: Admin

Təyyar Eyvazov: Ölkəmizdə 500 minə yaxın vətəndaşa peyvənd vurulsa da, güclü allergik reaksiya qeydə alınmayıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanda yoluxma sayı artsa da, hələlik səhiyyə sistemimiz yüklənməyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, qoruyucu qaydalara yenə də ciddi əməl etmək və vaksinasiyaya qoşulmaq mütləqdir: “Yalnız bundan sonra yoluxma sayında effektivliyə nail ola bilərik. Nəzərə alsaq ki, keçən ilin bu vaxtı ilə müqayisədə yoluxma sayı ilə yanaşı, ölüm faktları çox olurdu. Rəsmi qurumların bildirdiyinə görə ölkədə hazırda virusa yoluxanların böyük əksəriyyəti peyvənd olunmayanlardır. Digər tərəfdən isə deyirik ki, ölüm sayı azdır. Bu da o deməkdir ki, peyvəndləmə öz effektini göstərmiş olur”.

T.Eyvazov qeyd edib ki, yaxın vaxtlarda böyük kütlə peyvənd olunacaqsa, yoluxma saylarında aşağı rəqəmlər görüləcək: “Bu zaman vəziyyətə nəzarət edə biləcəyik”.


Geri dön