Ana Sayfa > Karusel / Gündəm > Nazirlik: “Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil”

Nazirlik: “Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil”


11-08-2021, 15:29. Yazar: Admin

Covid-19: Vaksin vurdurandan sonra başqalarını xəstələndirə bilərsinizmi? - BBC News Azərbaycanca

“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.

T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdə ki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınacaqlıdır”.


Geri dön