Ana Sayfa > Karusel / Gündəm > Azərbaycandakı siyasi partiya, QHT və KİV-lərin sayı açıqlanıb

Azərbaycandakı siyasi partiya, QHT və KİV-lərin sayı açıqlanıb


11-08-2021, 12:34. Yazar: Admin
Azərbaycandakı siyasi partiya, QHT və KİV-lərin sayı açıqlanıb

"Bu ilin 6 ayı ərzində Azərbaycanda 76 kommersiya qurumu dövlət qeydiyyatına alınıb".

Qarabaginfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-Hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda qeydiyyata alınan ümumi kommersiya qurumlarının sayı 4766-a çatıb: "Bu qurumlardan 56-sı siyasi partiya, 3332-i QHT, 209-u fondlar, qalanları isə digər qurumların payına düşür.

Eyni zamanda bu il 21 mətbu nəşr uçota alınıb. Beləliklə, Azərbaycanda uçota alınmış ümumi mətbu nəşrlərin sayı 5382-ə çatıb".


Geri dön