Ana Sayfa > Karusel / Mədəniyyət > Leyla Əliyevanın rəsmləri məşhur dizaynerin sərgisində
Leyla Əliyevanın rəsmləri məşhur dizaynerin sərgisində31-05-2018, 17:02. Yazar: Admin |
Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində “Port Baku Mall”un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. "Qarabaginfo" "AzərTac.az"a istinadən xəbər verir ki, Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri də nümayiş olunur. Leyla Əliyevanın sərginin mərkəzində quraşdırılan guşədə nümayiş olunan rəsmləri böyük maraqla qarşılanır. Qeyd edək ki, Leyla Əliyevanın əsərləri dünyanın Paris, Berlin, London, Moskva kimi mədəniyyət mərkəzlərindən sayılan şəhərlərdə nümayiş olunub. 2002-ci ildə yaradılmış “Kirill Istomin Interior Design & Decoration” bu gün daxili dizayn və dekorasiya sahəsində dünyada lider mövqeyə malik yaradıcı təşkilatlardan biridir. Onun layihələri bütün dünyada həyata keçirilir və böyük maraqla qarşılanır. İndiyədək Kirill İstominin əsərləri Paris, Cenevrə, London, Nyu-York, Los-Anceles, Sankt-Peterburq, Moskva və Alma-Atıda, həmçinin Fransanın və İtaliyanın turizm bölgələrində nümayiş olunub. Şirkətin təsisçisi Kirill İstomin “AD” və “ElleDecoration” jurnallarının versiyalarına görə, dünyanın ən yaxşı dekorçulardan biridir. Sərgidə nümayiş olunan fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Burada, həmçinin xüsusi olaraq Bakı üçün yaradılan və Azərbaycan motivləri əsasında quraşdırılan interyer, dizayn studiyasının bütün dünyada reallaşdırdığı fotolayihələr təqdim edilir.
Geri dön |