Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda Muhammed adının uşaqlara verilməsindən niyə imtina edildiyinin səbəbi açıqlanıb
Azərbaycanda Muhammed adının uşaqlara verilməsindən niyə imtina edildiyinin səbəbi açıqlanıb11-08-2021, 12:05. Yazar: Admin |
Azərbaycanda Muhammed adının uşaqlara verilməsindən niyə imtina edildiyinin səbəbi açıqlanıb. Qarabaginfo.az-ın xəbərinə görə, “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, Muhammed adının ədəbi yazılış forması ədəbi dil normalarına uyğun gəlmir: “Bununla bağlı dəfələrlə Termonologiya Komissiyasına müraciət etmişik. Bu adın qoyulmasının düzgün yazılış formasına uyğun olmadığı, Məhəmməd adının düzgün yazılış forması olduğu bildirilib. Bu səbəbdən də bu adla bağlı müraciət edən vətəndaşlarla maarifləndirmə işi aparılaraq uşaqlarına Məhəmməd adının qoyulması tövsiyə olunur”. R. Kərimova onu da deyib ki, hər bir vətəndaşın hansısa adın dəyişdirilməsi və ya hansısa adın qoyulması ilə bağlı qeydiyyat şöbəsinin verdiyi imtinadan məhkəməyə vermək hüququ var. Geri dön |