Ana Sayfa > Karusel / Gündəm > Ermənilər Kəlbəcəri atəşə tutub

Ermənilər Kəlbəcəri atəşə tutub


11-08-2021, 10:02. Yazar: Admin

 

Ermənilər Kəlbəcəri atəşə tutub

 

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Avqustun 11-i 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Geri dön