Ana Sayfa > Karusel / İqtisadiyyat > Dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri kəskin azalıb
Dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri kəskin azalıb10-08-2021, 17:47. Yazar: Admin |
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,6% və ya 33,8 mln. manat azalaraq 73,1 mln. manat icra edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir. Mənzil və kommunal təsərrüfatı xərcləri 100,7 mln. manat proqnoza qarşı 72,7% və ya 27,5 mln. manat kəsrlə icra edilərək illik proqnozun 27,8%-ni təşkil edib. Cari ilin yanvar-iyun aylarında mənzil və kommunal təsərrüfatı xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında çox, digər aylarda az icra edilib. Geri dön |