Ana Sayfa > Karusel / Multimedia > Dövlət Turizm Agentliyi AZAL-la bağlı Azərbaycan İnvestisiya Holdinqinə müraciət edib
Dövlət Turizm Agentliyi AZAL-la bağlı Azərbaycan İnvestisiya Holdinqinə müraciət edib10-08-2021, 15:19. Yazar: Admin |
Dövlət Turizm Agentliyi aviabiletlərin qiymətləri ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib. “Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı aviabiletlərin qiymətlərindən asılıdır. Biz də bunu nəzərə alaraq AİH-lə işləyirik, onlara təkliflərimizi vermişik. Hesab edirəm ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır. Məsələn, hazırda AZAL İsrailin paytaxtı Təl-Əvivə uçuşlara başlayıb. Əgər ordan da hansısa aviaşirkət Bakıya reys açsa, artıq rəqabət formalaşacaq. Yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid edirik. Aşağıbüdcəli aviaşirkətlərin ölkəyə gəlməsi müzakirə edilir. Amma onlar da elə-belə uçmur. Aviaşirkət təyyarə qaldırırsa, ilin sonuna hansısa formada subsidiya almalıdır. Yəni 50-100 dollara uçuş varsa, biz onun üçün subsidiya ödənilməsini də fikirləşməliyik”, - deyə o qeyd edib. “Hotellərin qiymətlərinə gəlincə, biz müqayisələr aparmışıq və Azərbaycanda qiymətlər o qədər də yüksək deyil, normaldır”, - deyə F.Nağıyev əlavə edib.(Report) Geri dön |