Ana Sayfa > Karusel / Kriminal > Sumqayıtda narkotacir 4 kiloqram narkotiklə tutulub
Sumqayıtda narkotacir 4 kiloqram narkotiklə tutulub10-08-2021, 14:57. Yazar: Admin |
Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Qarabaginfo.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotacir kimi tanınan, əvvəllər məhkum olunmuş Rafael Davıdov tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı 4 kq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu etiraf edib. Geri dön |