Ana Sayfa > Karusel / Gündəm > Qubada axtarışda olan keçmiş məhkum saxlanılıb

Qubada axtarışda olan keçmiş məhkum saxlanılıb


9-08-2021, 15:37. Yazar: Admin
Qubada axtarışda olan keçmiş məhkum saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş Rauf Abasov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.

Quba RPŞ tərəfindən araşdırmalar aparılır.


Geri dön