Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub9-08-2021, 14:05. Yazar: Admin |
Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Qarabaginfo.az-a XİN-dən məlumat verilib. Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər. Geri dön |