Ana Sayfa > Karusel / Müsahibə > Şair Zahir Abbas: “Elə bilirdik yaxın vaxtlarda Laçına qayıdacağıq”
Şair Zahir Abbas: “Elə bilirdik yaxın vaxtlarda Laçına qayıdacağıq”18-05-2018, 17:50. Yazar: Admin |
"Laçın toylarında icarəyə götürülən çadır heç vaxt geri qaytarılmırdı” “Məhəbbət Kazımovun bircə arzusu vardı: Laçındakı uçuq komasına gedib, doyunca ağı demək” Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsindən 26 il ötür.
- Zahir müəllim, Laçının işğalı ərəfəsində görüşürük. 26 ildir ki, Laçın yoxdur. Doğulduğunuz yurdu necə xatırlayırsınız? -Hardasa 7-ci, ya da 8-ci sinifdə oxuyarkən Laçından məcburən ayrılmalı oldum. Desəm ki, o illər yaddaşımda yuxu kimi qalıb, bu, yuxuya da bənzəmir. Çünki yuxunun bir sonu olur. Laçından ayrıldığımız günlər bu gün də yadımızdadır. Elə bil hava da, təbiət də, insanlar da bizdən üz döndərmişdi. Bəzən kimlərsə bu savaşda laçınlıları qınayır, bəziləri də haqq qazandırır. Təəssüf ki, taleyimizə o yurddan ayrılmaq yazıldı. Uşaqlığımın ən gözəl çağları və ömrümün ən gözəl yuxusu Laçında qaldı. İnanıram ki, bu yuxu bir gün gerçək olacaq. Nə qədər mahnılar, şeirlər yazılsa da Laçınsızlığı heç nə ilə ovutmaq olmur. Yaxın dostlarımın yurduna, ocağına qonaq gedəndə insanları yurdlu, ocaqlı görəndə içimdən ağ paxıllıq keçir. Ya da deyirəm ki, yox, bizdə hər şey bundan yaxşı və fərqli idi. Bilirsiz, vətənsizlik, yurdsuzluq insanı bu cür düşünməyə vadar edir. Ömrümün 40-cı baharındayam. Hərdən fikirləşirəm ki, 5 ildən sonra atamın köçkün həyatını yaşamağa başladığı yaşa çatacam. Laçından köçkün düşəndə atamın 45 yaşı vardı. - Nədənsə Laçınsızlığı ən çox mərhum xanəndə Məhəbbət Kazımovun ifasında daha dərindən xatırlayırıq. “Laçınım”deyə-deyə dünyadan köçdü. Onun rəhmətə getməsi ilə “bir Laçın sevdalısı da dünyadan köçdü” deyib ah çəkdinizmi?
- Artıq “Laçınım” mahnısı Laçının himninə çevrilib. Laçını elə içdən anladırdı ki! mahnının yaranma tarixini də bilmək maraqlı olardı. Necə oldu ki, Məhəbbət müəllim “Laçınım” mahnısını oxudu? - Məhəbbət Kazımov tükündən dırnağına qədər vətənə bağlı insan idi. “Laçınım” mahnısının çox maraqlı tarixçəsi var. Bəzi insanlar fərqli danışıb fərqli hərəkət edirlər. Məhəbbət isə necə danışırdısa, elə də vardı. Necə vardısa, elə də danışırdı. Binəqədi rayonunda onun bir kafesi vardı. Bütün sənət adamları ora toplaşırdı. Bir dəfə polis işçisi ona yaxşınlaşıb Laçına şeir yazdığını bildirdi. Düzü, Laçından olmayan birisinin o yurdu necə təqdim edə bilməsi mənə qəribə gəldi. Heç demə, mahnının sözlərinin müəllifi əslən Laçından olan birisi imiş - coğrafiya müəllimi Osman Alıyev. Təsəvvür edin, bu insan Laçının xəritəsini qələmlə çəkmişdi. İllər keçəndən sonra Osman müəllimlə Məhəbbət müəllimi görüşdürdüm. Osman müəllim dedi ki, “Məhəbbət, hər bir şeir mənim balamdır. Mən balamı şikəst dünyaya gətirmişəmsə və sən onu müalicə etmisənsə, mənim balam sənin balandı”. -Amma o torpaqlara geri dönə bilmədən bu dünyadan köçdü. Hər halda, onun yoxluğu sizi çox incidər... - Təbii, incidir. O, ölümünə hazırlaşmışdı. Həmişə deyirdi ki, “mən öləndən sonra daha çox seviləcəm. Öləndən sonra adıma çox söz deyiləcək. Bir şeyi bilirəm ki, öləndən sonra nəğmələrim Laçında daha çox oxunacaq. Xalq məni daha çox sevəcək”. Rəhmətliyin belə bir xüsusiyyəti vardı. Heç vaxt ehsan yeməyi xoşlamazdı. Ən yaxın dostunun, ən yaxın insanının yas mərasimində saatlarla oturardı. Süfrəyə yemək gələndə “məni bağışlayın” deyib çıxıb gedərdi.
- Çox istərdim, bunu Ehtiram özü açıqlasın. Amma bir halda ki, israr edirsiz, deyim: Ehtiramın etdiyini heç ağsaqqal da etməzdi. Məhəbbət Kazımovun qohumlarının bir qismi Bərdədə, bir qismi isə Bakının kəndində məskunlaşıb. Böyük qardaşı Kazım Oğuzda dəfn olunub. Qohumların hər biri Məhəbbəti öz yaxınlarında dəfn etmək istəyirdi. Təbii, bu da istəkdən irəli gəlirdi. Yadımdadır ki, Ehtiram Sumqayıtın indiki icra başçısı Zakir Fərəcova (O vaxtlar Abşeron rayon icra başçısı idi-N.B.) zəng edib xahiş etdi ki, rayonun ağsaqqalı kimi bizim önümüzdə dayanın. Zakir Fərəcov Məhəbbət Kazımovun dəfn mərasimini üzərinə götürdü və onu Abşeron qəbiristanlığında dəfn etdirdi. Bakı və Bakıətrafı yerlərdə məskunlaşan hər bir laçınlının ziyarətgah yerini yaxınlaşdırdı. Sonradan Məhəbbətin qardaşları Ehtirama təşəkkür etdilər. Bir sözlə, Məhəbbət Kazımov məhəbbətə layiq səviyyədə dəfn olundu. - Laçını tərk edəndə məktəbli olduğunuzu dediniz. Güman ki, Laçınla bağlı xatirələrinizin bir guşəsində yurdunuzun adət-ənənələri qalır. Deyirlər Laçında 3 gün 3 gecə toy olurmuş... - Doğrudur. Toylarımız 5-ci gün başlayıb bazar günü axşamı yekunlaşardı. Əsasən kiçik toylarımız ara günlərə təsadüf edərdi. 5-ci gün gənclər, 6-cı gün ağsaqqallar bazar günü isə kənar rayonlardan gələnlər toyda iştirak edərdi. Laçın toylarında icarəyə götürülən çadır heç vaxt geri qaytarılmırdı. Çünki bəy mağara daxil olarkən havaya güllə atılırdı. Bu zaman deşik-deşik olan çadırı geri qaytarmaq olmazdı. - Təəssüf ki, Laçın işğal olunandan sonra taleyinizə köçkünlük həyatı yazıldı. İlk məskunlaşdığınız yeri xatırlayırsınızmı? Məcburi köçkün olaraq ilk illərdə harda məskunlaşmışdınız? - O günləri unutmaq olmaz axı!.. Laçından çıxanda evdən heç nə götürə bilmədik. Ancaq mal-qaranı çıxara bildik. Laçınlıların məşğuliyyəti heyvandarlıq idi, amma bizim mal-qaraya başqası baxırdı. Atam-anam müəllim olduğu üçün heyvandarlıqla məşğul olmaq çətin idi. Nə isə... Gətirdiyimiz həmin heyvanları satanda xeyli pul etdi. Ev almaq istəyəndə atam etirazını bildirdi. Dedi ki, “icra başçısı ilə görüşəndə yaxın vaxtlarda Laçına qayıdacağımızı söylədi”. Uşaqlığım çox dəcəl keçib deyə, oxumaq istəmirdim. Şəhərli dostlarım vardı. Onlarla birgə ticarətlə məşğul olmağa başladım. Gördüm ki, yaxşı pul qazanmaq mümkündür, təhsil almaq barədə düşünmürdüm. Atam mənə dedi ki, “təhsilini mütləq al, sonra get ticarətini et. Təhsilli ticarətçi ol”. Təhsil aldığım üçün atama minnətdaram.
- Uşaqlıqdan cızma-qara edirdim. Amma məni ədəbiyyata gətirən Nüsrət Kəzəmənlinin şeirləri oldu. - Nüsrət Kəsəmənli daha çox məhəbbət şairi kimi tanınır. Haqqında ən çox söhbətlər dolaşan şairlərdəndir. Demək olarmı, sizin də yaradıcılığnızda sevgi qırmızı xətlə keçir? - Onun bütün şeirlərini oxumuşam. Oxuduqca özüm də sevgi şeirləri yazmağa başladım. Hətta Nüsrət Kəsəmənlinin sözlərinə yazılmış ən gözəl mahnıları Nazpəri Dostəliyeva ifa edib. Beləliklə, Nazpəri Dostəliyevanı dinləməyə başladım. - 2000-ci illərdə mətbuat səhifələrində Nüsrət Kəsəmənli kəskin tənqid olunurdu. Səhv etmirəmsə, bir müddət sonra xəstəliyi üzə çıxdı. İddialara görə, Nüsrət Kəsəmənli qadınlar haqqında belə deyibmiş: “Qadın soyunduqca, gözəlləşər. Çadralı qadın pinqvindir”. Bu sözlərinə görə insanlar onu tərbiyəsiz şair kimi tanımağa başladılar. Əslində, nə baş vermişdi?
Nüsrətin bir müsahibəsi vardə, deyirdi ki, “insan nə qədər ki pul qazanmır, istədikləri onun çevrəsindədir. Elə ki, əli pula çatıb kiminsə qulluğunda olmaq istəyəndə əzrayıl onu aparır. Mən nənəmin qulluğunda durmaq istəyirdim, ata-anamın yox”. Jurnalist ondan soruşanda ki “sizin üçün ana məfhumu nədir?”, o da cavabında “mənim üçün nənə məfhumu var” deyib.
- Nüsrət Kəsəmənlinin həyatında 2 sevgilisi olub. Biri Sevda, biri də Rahilə.. Nələri görüb getmişdim “Bakı” qəzetində çalışanda Sevda ilə tanış olub. Universitetdə oxuyanda isə Rahilə xanımla tanış olub. Sevda çox imkanlı, Nüsrət isə olduqca kasıb ailədə böyüyüb. Nüsrət kasıb olduğundan Sevdanın anası bu izdivaca mane olub. Amma Nüsrət müəllim başqa cür danışırdı. Deyirdi ki, Sevdanın ailə qurmasına tibbi icazə yox idi. Sevda xəstə olanda nişanlısı yox, Nüsrət onun başının üstünü kəsdirib. Yadımdadır ki, qəbiristanlıqda məzarının ətrafındakı ot-ələfi təmizləyib üstündə belə bir şeir oxudu. Mənəm daş daşıyan bu məhəbbətə Həmən Sevdadır o. Rahilə xanım bunları bilirdi və Nüsrət müəllimi qısqanmırdı. Yaradıcı adamlar obraza girəndə xalqındır. Onu da deyim ki, Nüsrət müəllim heç Rahilə xanımı sevməsəydi, onunla evlənməzdi. - Bir az da yaradıcılığınızdan danışaq. Şeirlərinizə yazılan mahnılara görə maddi qazanc əldə edə bilirsizmi? - Çox qəribədir ki, şairin, bəstəkarın qəbul etmədiyi müğənnini cəmiyyət qəbul edir. Məsələn, ən çox qonararı müğənni Damlaya görə almışam. Halbuki, bu gün cəmiyyətdə Damlaya ikili münasibət var. Onun üçün ilk mahnını da biz yazmışıq. “O mənəm” mahnısının sözlərini mən yazmışam. Düzü, bəstəkar Arif musiqini mənə təqdim edəndə qulaq asa bilmədim. Özünə də dedim. Sonra gördüm ki, bu mahnı xalq tərəfindən qəbul olundu. Bu gün də o mahnıya sakit qulaq asa bilmirəm. Çünki mənim bəyəndiyim musiqi deyil. Həmin mahnıları Zəngimcell xidmətinə yükləyirlər. Zəngimcell xidməti Müəllif Hüquqları Agentliyinə pul ödəyir. Həmin pulun 55%-i şairə, 45%-i isə bəstəkara çatır. Müğənniyə heç nə çatmır. Bəzən müğənnilər deyir ki, bayağı ifa etməyəndə toya çağırmırlar. Yəni belə hallar da olur. Geri dön |