Ana Sayfa > Karusel / İdman > Hacı Əliyev gümüş medal qazanıb

Hacı Əliyev gümüş medal qazanıb


7-08-2021, 15:18. Yazar: Admin

 

Tokio-2020: Hacı Əliyev gümüş medal qazanıb

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb.

Qarabaginfo.az xəbər verir ki, sərbəst güləşçimiz Hacı Əliyev olimpiya ikinciliyinə layiq görülüb.

65 kq çəki dərəcəsində dünən ardıcıl 3 qələbə ilə finala yüksələn 30 yaşlı pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məğlub olub. Bununla dünya və Avropa çempionumuz gümüş mükafat qazanıb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də altıncı medalı olub. Hacıya qədər karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, karateçi İrina Zaretska (+61 kq) isə yarımfinala yüksəlməklə medalı təmin edib.

Digər sərbəst güləşçilərimiz Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.


Geri dön