Ana Sayfa > Karusel / Gündəm > Əfqanıstan rəsmisi Rusiya səfirliyi yaxınlığında öldürüldü
Əfqanıstan rəsmisi Rusiya səfirliyi yaxınlığında öldürüldü6-08-2021, 16:29. Yazar: Admin |
Əfqanıstan hökumətinin Məlumat mərkəzinin rəhbəri Davakhan Minapal naməlum şəxslər tərəfindən qətlə yetirilib. Qarabaginfo.az xəbər verir ki, bu haqda məlumatı “1TV” telekanalı yayıb. Məlumata əsasən, insident Kabulda Rusiya səfirliyi ilə üzbəüz baş verib. “Associated Press” agentliyinin məlumatına görə, “Taliban” hərəkatı Minapalın qətlər yetirilməsinə görə, məsuliyyəti öz üzərinə götürüb. Belə ki, “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiulla Mucahidin sözlərinə görə, Minapal öz hərəkətlərinin cəzasını alıb. Əfqanıstan hökuməti isə öz növbəsində məsələ ilə bağlı açıqlama verməyib. Geri dön |