Ana Sayfa > Karusel / Gündəm / İdman > Hacı Əliyev Tokio-2020-nin finalına yüksəlib

Hacı Əliyev Tokio-2020-nin finalına yüksəlib


6-08-2021, 13:53. Yazar: Admin

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Qarabaginfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib. Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb.

 

Onun finaldakı rəqibi yaponiyalı Takuto Otoquro olacaq. Final görüşü sabah keçiriləcək.

 


Geri dön