Ana Sayfa > Karusel / Cəmiyyət > Müstəqilliyə imza atanlar və SSRİ-nin qalmasını istəyənlər
Müstəqilliyə imza atanlar və SSRİ-nin qalmasını istəyənlər3-05-2018, 12:26. Yazar: Admin |
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mayın 1-də keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi məsələsi müzakirə olunarkən “istiqlalıçı deputatlar” barədə danışıb.
Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız “İstiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər”.
"Qarabaginfo" "Modern.az" saytının "1991-ci ildə parlamentin üzvü olmuş köhnə-təzə deputatların mövqiyini" rublikasın təqdim edir: oxucuların diqqətinə çatdırır. 1991-ci ildə SSRİ-nin saxlanmasına tərəfdar omuş deputat, hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, 1991-ci ilin oktyabrın 18-də əldə etdiyimiz müstəqillik formal müstəqillik idi: “Müstəqilliyin daxilində müstəqilliyə xas olan elementlər yox idi. Misal üçün deyim. Büdcəni qəbul etmək məsələsi kənarda qalmışdı. Azərbaycanın büdcəsi yox idi. Həmin vaxt büdcə qəbul edilmədi. Təsəvvür edin. Dövlət bilmir ki, onun büdcəsi var və o hansı işlərlə məşğul olmalıdır. Hara nə xərclənməlidir. İndi isə bizim büdcəmiz 20 milyard manata çatır. Azərbaycanın büdcəsi sovet dövründə bir çox respublikalardan fərqli olaraq dotasiyalı olmayıb. Büdcəmizi tamamlamaqdan ötrü nəinki kənardan vəsait almamışıq, əksinə, ümumittifaq büdcəsinə vəsait vermişik. Ancaq 1991-ci ildə müstəqilliyimizi əldə edəndə, büdcə formalaşdıra bilmədik. Büdcəni formalaşdıra bilməməyimiz, obyektiv imkanın olmaması ilə bağlı deyildi. Sadəcə, hakimiyyətə gələn insanların bəziləri romantik idi. Onların içində şəxsi maraqlarını güdən insanlar az deyildi. Ən əsası, aralarında professional adam yox idi. Ona görə də büdcəni formalaşdıra bilmədik. Büdcə yoxdursa, dövlət il ərzində nə ilə məşğul olacaq?! Heç kəs heç nə deyə bilməzdi. Sonrakı illərdə Azərbaycan müstəqilliyi real məsələlərlə təmin etdi. 1995-ci ildə Azərbaycanın büdcəsi qəbul edildi. Ordu yaradıldı. Müstəqilliyimizin bərpasının ilk illərində ən faciəli məsələ o idi ki, Azərbaycanda vətəndaş müharibəsi başlayırdı. Onun qarşısı alındı. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Hərc-mərclik baş alıb gedirdi. Siz bu formada küçəyə çıxa bilməzdiniz. Gəlib boynunda, qulağında olan zinət əşyalarını qoparırdılar. Deyirdilər ki, bu, müdafiə məqsədləri üçün edilir”.
“İstiqlalçı deputat” Vahid Əhmədov bildirib ki, 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı.
“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı. Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Bu problemin də həlli yalnız gücdən keçir”.
Geri dön |