Ana Sayfa > Karusel / Gündəm > ANAMA minaya düşən əməkdaşı ilə bağlı açıqlama yaydı

ANAMA minaya düşən əməkdaşı ilə bağlı açıqlama yaydı


6-08-2021, 10:45. Yazar: Admin

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina partlayışı ilə bağlı məlumat yayıb.

 

ANAMA-dan Qarabaginfo.az-a bildirilib ki, 2021-ci il 6 avqust tarixində Agentliyin əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb.

 

Hazırda tibbi müayindən keçirilir.

 

"İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq", - deyə ANAMA-nın məlumatında qeyd olunub.


Geri dön