Ana Sayfa > Karusel / Gündəm > ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb


6-08-2021, 09:48. Yazar: Admin

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.


Geri dön