Bu gün Ermənistan prezidenti, “Hayastan” Ümumerməni Fondunun Qəyyumlar Şurasının sədri Armen Sarkisyan Fondun icraçı direktoru Haykak Arşamyanla işgüzar söhbət edib.
Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikası Prezident Aparatından məlumat verilib.
Bildirilib ki, mənzil tikintisinin birinci mərhələsində 817 mənzil və 290 fərdi evin tikintisi planlaşdırılır. İlin sonuna qədər Xocalı və Xankəndində Şuşadan və Hadrutdan köçmüş 457 ailəyə sığınacaq veriləcək.