Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > Avropa Məhkəməsində zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçında - Fotolar
Avropa Məhkəməsində zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçında - Fotolar5-08-2021, 15:32. Yazar: Admin |
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər avqustun 3-də doğma Laçın rayonuna səfər ediblər. Qarabaginfo.az Azərtac-a istinadən xəbər verir ki, səfər zamanı həmin məcburi köçkünləri Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib. Presedent xarakteri daşıyan bu aparıcı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki yeganə sənədidir.
Geri dön |