Ana Sayfa > Karusel / Gündəm / Dünya > Gürcüstanda yoluxmanın 80%-i “Delta” ştammıdır

Gürcüstanda yoluxmanın 80%-i “Delta” ştammıdır


5-08-2021, 12:46. Yazar: Admin

 

Gürcüstanda yoluxmanın 80%-i “Delta” ştammıdır

 

“Tbilisi və Batumidə koronavirusa yoluxma hallarının demək olar ki, hamısında “Delta” ştammı aşkarlanıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkləzinin direktor müavini Paata İmnadze deyib.

Onun sözlərinə görə, Gürcüstanda aktiv koronavirus hallarının 80%-i “Delta” ştammının payına düşür. 

O, həmçinin əlavə edib ki, Gürcüstanda “Delta plus” ştammına, artıq 10 yoluxma halı aşkarlanıb. 

P. İmnadze vurğulayıb ki, ölkədə müşahidə edilən dördüncü dalğa hələ ən azı iki-üç həftə qüvvədə olacaq.


Geri dön