Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Türkiyə XİN rəhbəri Azərbaycana təşəkkür edib

Türkiyə XİN rəhbəri Azərbaycana təşəkkür edib


5-08-2021, 12:33. Yazar: Admin

Mövlud Çavuşoğlu Azərbaycana gəlib - YENİLƏNİB


Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

M. Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

C. Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.


Geri dön