Ana Sayfa > Karusel / Gündəm > 11 nəfər dərmandan zəhərləndi, 4-nü gürzə sancdı  

11 nəfər dərmandan zəhərləndi, 4-nü gürzə sancdı  


5-08-2021, 11:51. Yazar: Admin

Son 10 gündə Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən müraciətlərin sayı və səbəbi açıqlanıb.

 

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, 10 gün ərzində 3-ü Bakı kəndində, 1-i rayonda olmaqla, 4 nəfəri gürzə ilan sancıb.

 

A.Maqsdovun sözlərinə görə, 4 nəfərin hamısı böyüklər olub:

 

“Xəstələrə zərdab vurulub, onlar arasında ölən olmayıb. Bundan başqa, 3 nəfər sirkə turşusu ilə zəhərlənib, onlar arasında da ölüm qeydə alınmayıb.

 

11 nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib, 9-nu xəstəxanaya qəbul etmişik. Zəhərlənənlərdən 2-si uşaqlar olub. Zəhərlənmələr əsasən, həkim təyinatındakı dərmanların qəbulu zamanı doza həddinin aşılması ilə müşayiət olunub. Hesabat dövründə 5 nəfər allergik reaksiya ilə müraciət edib”.

 

Baş toksikoloq bildirib ki, COVID-19 peyvəndindən sonra 3 nəfərdə narahatlıq yaranıb:

 

“10 gündə 3 nəfər peyvənd olunan şəxs müraciət edib. Onlarda qızarma, qaşınma, temperatur yüksəlməsi, isterik reaksiyalar olub. Məsələhət alıb evə buraxılıblar, qorxulu vəziyyət yaşanmayıb”.(Modern)


Geri dön