Ana Sayfa > Karusel / Gündəm > Delta ştamı COVID-19-a qarşı vaksinlərin effektivliyini aşağı salır

Delta ştamı COVID-19-a qarşı vaksinlərin effektivliyini aşağı salır


5-08-2021, 10:37. Yazar: Admin

 

Delta ştamı COVID-19-a qarşı vaksinlərin effektivliyini aşağı salır

Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.

İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.

“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər.


Geri dön