Ana Sayfa > Karusel / Təhsil > “43 min nəfərin narazı olması normaldır” - Emin Əmrullayev

“43 min nəfərin narazı olması normaldır” - Emin Əmrullayev


4-08-2021, 17:50. Yazar: Admin

Emin Əmrullayev: Noyabrın 2-dən etibarən təhsil bu və ya digər formada yenidən bərpa olunacaq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanına 50 minə yaxın adam müraciət edib, lakin onlara cəmi 7 min yer ayrılıb. Rəqabət olan yerdə mübarizə var, yerdə qalan 43 min nəfərin narazı olması normaldır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib. O qeyd edib ki, nazirlik ədalətli imtahan keçirməyə çalışıb: “İmtahanlar çox rəqabətlidir. Bəzi fənlərdə əmsallar daha böyük olub. Lakin imtahanlar ədalətsiz təşkil olunmayıb”.


Geri dön