Ana Sayfa > Karusel / Gündəm > Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür"

Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür"


4-08-2021, 16:00. Yazar: Admin
Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri Marmarisdə 3 istiqamətdə yanğını söndürür"

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə - Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisara yönləndiriliblər".

Qarabaginfo.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda həmin istiqamətlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürürlər: "Burada yanğınların söndürülməsi işləri görülür. Qeyd edim ki, bu istiqamətdə bizim helikopter fəaliyyətdədir".


Geri dön