Ana Sayfa > Karusel / Gündəm > Ramil Quliyev: “Azərbaycan, səni sevirəm!”

Ramil Quliyev: “Azərbaycan, səni sevirəm!”


4-08-2021, 14:26. Yazar: Admin

Ramil Quliyev: “Azərbaycan, səni sevirəm!”

 


“Bütün yarışlar çox yaxşı gedir. Hər şey vaxtında olur. Burada şərait çox yaxşıdır. Olimpiya Kəndində təşkilatçılıq yüksək səviyyədədir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.

200 m məsafəyə qaçışda finala vəsiqə qazana bilməyən 31 yaşlı idmançı Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında məqsədlərinin 2024-cü ildə Fransada keçiriləcək Olimpiadaya hazırlaşmaq olacağını söyləyib: Olimpiada ilə yarışlarımız yekunlaşmır. Türkiyədə klubların yarışları olacaq. Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var - Paris-2024 Yay Olimpiya Oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.

Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”

Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində finişə 6-cı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.


Geri dön