Ana Sayfa > Karusel / Gündəm > Orta məktəbdən monitor oğurlayan saxlanıldı

Orta məktəbdən monitor oğurlayan saxlanıldı


3-08-2021, 16:04. Yazar: Admin

 

Orta məktəbdən monitor oğurlayan saxlanıldı

 

Bakının Suraxanı rayonu ərazisində oğurluq baş verib.  

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.


Geri dön