Ana Sayfa > Karusel / Gündəm > Bakıda iki gecə klubunun rəhbəri karantin qaydalarının pozulmasına görə həbs edilib
Bakıda iki gecə klubunun rəhbəri karantin qaydalarının pozulmasına görə həbs edilib3-08-2021, 12:06. Yazar: Admin |
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər diqqət mərkəzində saxlanılır. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub. Polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Geri dön |