Ana Sayfa > Karusel / Sosial > Bakıda yüksək mahnı səsinə görə kafe sahibi cərimələndi
Bakıda yüksək mahnı səsinə görə kafe sahibi cərimələndi28-04-2018, 12:41. Yazar: Admin |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. "Qarabaginfo" “Qafqazinfo.az" istinadən xəbər verir ki, kafedə aparılan ölçmə işləri nəticəsində səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub. Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.
Geri dön |