Ana Sayfa > Karusel / Gündəm > Yeni qatarlar bu gün xəttə BURAXILDI

Yeni qatarlar bu gün xəttə BURAXILDI


3-08-2021, 10:11. Yazar: Admin

Bu gün Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 4 yeni qatar xəttə buraxılıb.

 

Bu barədə Qarabaginfo.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, sərnişin axını nəzərə alınaraq, yeni qatarlar “Həzi Aslanov” - “Dərnəgül” xəttinə buraxılıb.

 

Qurum rəsmisi deyib ki, yeni qatarlar istismar müddətini başa vuran qatarları əvəzləyib:

 

“Onların əvəzlədiyi qatarlar istismar müddəti bitən gün xətdən çıxarılır və utilizasiyaya cəlb olunur”.


Geri dön