Ana Sayfa > Karusel / İdman > Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb
Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb2-08-2021, 14:42. Yazar: Admin |
Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Qarabaginfo.az-ın məlumatına görə, kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Ruslan Lunyov ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Ötən gün hakimlərdən 281 xal alan idmançı yekunda 567 xal toplayıb və finala yüksəlmək şansını itirib. Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edib. 77 kq-da yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidisə qalib gəlsə də, növbəti raundda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Lakin rəqibi finala çıxdığından, Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında Karapet Çalyana rəqib olacaq. Qadınların mübarizəsində isə Elis Manolova 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə bacarmayıb. Lakin rəqib finala yüksəldiyindən Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb. Medal qazananlar Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc) Boks: Alfonso Dominges (81 kq) (bürünc) Medal qazana bilməyənlər Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq) Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq) Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq) İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah Güllə atıcılığı: Emin Cəfərov Triatlon: Rostislav Pevtsov Qılıncoynatma: Anna Başta Badminton: Edi Reski Dviçayo Velosiped idmanı: Elçin Əsədov Çəkicatma: Anna Skidan Atıcılıq: Ruslan Lunyov Geri dön |