Ana Sayfa > Karusel / Gündəm > Deputatlar Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə rəy verdilər - Yenilənib
Deputatlar Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə rəy verdilər - Yenilənib2-08-2021, 13:27. Yazar: Admin |
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, parlamentdə Baş Prokurorun təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. E. Səlimov sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib. Geri dön |