Ana Sayfa > Karusel / Gündəm > Nazir müavini yanğına görə Türkiyəyə getdi

Nazir müavini yanğına görə Türkiyəyə getdi


2-08-2021, 11:13. Yazar: Admin

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

 

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

 


Geri dön