Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanla Putin Türkiyədəki meşə yanğınları və ikitərəfli əlaqələrlə bağlı müzakirə aparıb

Ərdoğanla Putin Türkiyədəki meşə yanğınları və ikitərəfli əlaqələrlə bağlı müzakirə aparıb


31-07-2021, 15:37. Yazar: Admin

 

Ərdoğanla Putin Türkiyədəki meşə yanğınları və ikitərəfli əlaqələrlə bağlı müzakirə aparıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə baş verən kütləvi yanğınlarla əlaqədar V.Putin R.T.Ərdoğana “keçmiş olsun” mesajı ünvanlayıb.

Prezident Ərdoğan Türkiyənin meşə yanğınları ilə mübarizəsinə dəstək məqsədilə Rusiyanın 5 ədəd 40 ton su tutumlu “İlyushin-76” tipli yanğınsöndürmə təyyarəsi və daha 3 ədəd “Mi-8” tipli yanğınsöndürmə helikopteri ayırdığı üçün V.Putinə təşəkkür edib.

Telefon söhbətində həmçinin Türkiyə-Rusiya əlaqələri də müzakirə olunub.


Geri dön