Ana Sayfa > Karusel / Sosial > Dünən 2461 nəfər toya buraxılmayıb - 1 nəfər həbs olunub
Dünən 2461 nəfər toya buraxılmayıb - 1 nəfər həbs olunub31-07-2021, 11:05. Yazar: Admin |
İyulun 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 289 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib; - 2461 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |