Ana Sayfa > Karusel / Region > Rusiyalı politoloq Paşinyanı tənqid etdi: “Eyni səhvləri təkrarlayır“
Rusiyalı politoloq Paşinyanı tənqid etdi: “Eyni səhvləri təkrarlayır“30-07-2021, 14:12. Yazar: Admin |
“Nikol Paşinyanın təşəbbüsləri o qədər də ümidverici deyil”. Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı politoloq, postsovet məkanı üzrə ekspert Arkadi Dubnov "Kommersant"a açıqlamasında bildirib. O, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin zəruriliyi təklifinə münasibət bildirərkən deyib: “Ermənistan-Azərbaycan sərhədində müşahidəçilər yerləşdirmək ideyası KTMT-də konsensus tapmayacaq və Rusiya sərhədçilərinin bütün sərhəd boyunca yerləşdirilməsini Bakı bəyənməyəcək”. Bundan əlavə, ekspert Ermənistan liderinin çox şey söyləyə biləcək açıqlamasının detallarına da diqqət çəkib. "Nikol Paşinyan aydınlaşdırır ki, KTMT-dən müşahidəçi göndərmək mümkün deyilsə, onları ATƏT-dən olan müşahidəçilər əvəz edə bilər. İrəvan açıq şəkildə hesab edir ki, Rusiyadan kənarda, məsələn, Parisdə və Vaşinqtonda müttəfiqləri var”. Arkadi Dubnovun sözlərinə görə, KTMT mövzusuna toxunan Nikol Paşinyan "2018 -ci ildə, hakimiyyətinin əvvəlində olduğu kimi eyni dırmıq üzərində addımlayır. Ermənistan lideri o vaxt KTMT-nin baş katibi olan Yuri Xaçaturovun cinayət təqibinə başlayıb. Xaçaturov 2008-ci ildə İrəvan hərbi qarnizonuna komandanlıq və Paşinyana görə, müxalifətin mitinq iştirakçılarına qarşı qanunsuz güc tətbiqində iştirak edib. Bu vəziyyət İrəvana heç bir fayda verməyib. Düzdür, həmin vəziyyətdən çıxıb, amma həm KTMT, həm də Ermənistanın imicinə açıq şəkildə ziyan vurmaqla. Nikol Paşinyanın səhvini təkrar etdiyini anlayıb-anlamadığını bilmirəm, amma indiki ritorikası oxşar nəticələrə gətirib çıxara bilər”(Yenisabah.az) Geri dön |