Ana Sayfa > Karusel / Region > Nazir: “Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb

Nazir: “Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb


30-07-2021, 11:46. Yazar: Admin

 

Nazir: “Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb”

“Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdəmirli bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində Antalyada 3 nəfər, Muğlada isə 1 nəfər ölüb.

Nazir vətəndaşları meşələrin yanından keçəndə ehtiyatlı olmağa çağırıb. O, dünyada meşə yanğınları ilə bağlı iyul ayında Kanada və Rusiyada baş verən hadisələri nümunə gösərirərək bildirib ki, Türkiyədə iyulda 20 min hektar meşə yanıb: “Meşə yanğınlarının Qərb, inkişaf və mədəniyyətlə heç bir əlaqəsi yoxdur”.

Nazir yanğınların səbəblərinin araşdırıldığını da bildirib.(Report)


Geri dön