Ana Sayfa > Karusel / Multimedia > Deputatın polisi döyməsi təsdiqləndi -  Baş Prokurorluğa göndərildi

Deputatın polisi döyməsi təsdiqləndi -  Baş Prokurorluğa göndərildi


30-07-2021, 11:23. Yazar: Admin

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən deputat seçilib. 

 

ƏLAVƏ QEYDManset.az olaraq bildiririk ki,  ötən gün deputatın bu etik qaydalara sığmayan hərəkəti ilə bağlı onun özünü tapa bilməsək də, köməkçisi Kamal Laçınovdan bu hadisə ilə bağlı açıqlama almış, məsələni təsdiqlədən ilk xəbər portalı olmuşduq. Bundan əlavə də məsələnin təsdiq olunmasını bildirən rəsmi səs yazıları olsa da, Manset.az olaraq dövlətin qanunla qorunan mənafelərini gözləyərək, DİN-nin mətbuat xidmətinin rəsmi açıqlamasını gözlədik. Buna baxmayaraq, xəbər başqa informasiya portalına verilmiş və hazırkı vəziyyətdə xəbər portalları arasında ayrıseçkilik yaratmışdır. (Manset.az)

 


Geri dön