Ana Sayfa > Karusel / İqtisadiyyat > 2021-ci ilin I yarısında "Azexport" portalına 236,6 mln. dollarlıq sifarişlər daxil olub

2021-ci ilin I yarısında "Azexport" portalına 236,6 mln. dollarlıq sifarişlər daxil olub


30-07-2021, 11:17. Yazar: Admin

2021-ci ilin I yarısında "Azexport" portalına 236,6 mln. dollarlıq sifarişlər daxil olub

2021-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 236,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Qqarabaginfo.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2021-ci ilin iyun ayında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42,3 mln. ABŞ dolları təşkil edib.

2021-ci ilin iyun ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 iyun tarixinə kimi (54 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,432 mlrd. ABŞ dolları təşkil edib.


Geri dön