Ana Sayfa > Karusel / Qarabağ > Rusiya MN Laçını “Dağlıq Qarabağın rayonu” adlandırdı və ordakı ermənilərə yardım etdi!..

Rusiya MN Laçını “Dağlıq Qarabağın rayonu” adlandırdı və ordakı ermənilərə yardım etdi!..


29-07-2021, 17:38. Yazar: Admin
Rusiya MN Laçını “Dağlıq Qarabağın rayonu” adlandırdı və ordakı ermənilərə yardım etdi!..
 Laçının Zabux kəndindəki erməni qadın rus hərbçilərə:"Aqavno kəndimizi çox sevirik və buradan heç yerə getmək istəmirik..." 
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən "sülhməramlı" adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingenti tərəfindən ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı növbəti dəfə hədsiz hörmətsizlik nümayiş etdirilib.
Qarabaginfo.az Rusiya Müdafiə Nazilirliyinin “sülhməramlı” kontingentə aid bölməsində bu günə - iyulun 29-a aid olan xəbərin(//mil.ru/russian_peacekeeping_forces/news/more.htm?id=12374460@egNews) əsas hissəsinin tərcüməsini nəzərinizə çatdırır(özünüz nəticə çıxarın):
 
“Humanitar aksiya çərçivəsində Rusiya sülhməramlıları Stepanakert(Xankəndi-S.L.) şəhərindən Laçın şəhərinə və Aqavno(Laçın rayonunun Zabux kəndi- S.L.) kəndinə 100 km-lik yürüş etdilər. və  çoxuşaqlı ailələrə mətbəx və ərzaq dəstləri bağışladılar.
“11 ildir ki, ailəmlə burada yaşayıram. Üç övladım var, hamısı burada doğulub. Ağavno(Laçının Zabux kəndi-S.L.) kəndimizi çox sevirik və buradan heç yerə getmək istəmirik. Bu gün rus qardaşlarımız, yəqin ki, hədiyyələrlə gəliblər. Həmişə arxamızda durduğunuz üçün sizə təşəkkür edirik, hər hansı bir problemimiz olarsa, sizinlə əlaqə saxlaya bilərik. Çox sağ olun ” -deyə Aqavno kənd sakini Ani Akopyan bildirib.
Aşkar göründüyü kimi,  Rusiya MN -in rəsmi saytı Xankəndini həmişəki kimi "Stepanakert"  adlandırmaqla yanaşı, Laçını da “Dağlıq Qarabağın rayonu” adlandırıb. Üstəlik, həmin  rayonun Laçın dəhlizi ərazisindəki Zabux kəndini də ermənilərin qoyduğu qondarma adla təqdim edib. Eyni zamanda Rusiya hərbi kontingenti öz rəsmi missiyasından növbəti dəfə kənara çıxaraq 30 ilə yaxındır Laçın şəhərində və Zabux kəndində qanunsuz məskunlaşmış və aralarında Suriyadan, Livandan gətirilmiş silahlılar da olan və  "buradan heç yerə getmək istəmirik"  deyən ermənilərə humanitar(!) yardım edib. Rusiya tərəfi bu addımıyla həm də Ermənistan sakinlərinin  hələlik Azərbaycan dövlətinin birbaşa nəzarətində olmayan ərazilərimizdə  qanunsuz məskunlaşmasına dəstəyini ifadə etmiş olub...
 
Bir daha xatırladırıq ki, sovet dövründə  Laçın şəhərində cəmi bir neçə erməni yaşasa da, rayonun heç bir kəndində, o cümlədən hazırkı "dəhliz" ərazisinə düşən Zabux, Sus, Qarıkaha, Ağanus, Turşsu, Kəravuz kəndlərində bir nəfər də erməni yaşamayıb...
Güman edirik ki, Azərbaycan dövlətinin müvafiq qurumları tezliklə  Rusiya MN-in bu hədsizliyinə tutarlı cavab verəcək və həmin qurumu yaydığı son xəbərlərdə təcili düzəlişlər etməyə məcbur edəcək....
(Moderator.az)
 

Geri dön