Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib
Ana Sayfa > Karusel / Multimedia > Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib

Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib


28-07-2021, 17:34. Yazar: Admin

 

Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib
Leyla Şıxlinskaya

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskayanı məhkəməyə verib.

Qarabaginfo.az xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.

O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib. (Report)


Geri dön