Ana Sayfa > Karusel / Siyasət > Rəşad Nəbiyev ABŞ qubernatoru ilə "ağıllı kənd" konsepsiyasını müzakirə edib
Rəşad Nəbiyev ABŞ qubernatoru ilə "ağıllı kənd" konsepsiyasını müzakirə edib28-07-2021, 17:26. Yazar: Admin |
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir öz “Twitter” hesabında qeyd edib. “ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Hazırlanmaqda olan rəqəmsal transformasiya konsepsiyamız, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə icra olunan “ağıllı kənd” layihəsi ətrafında fikir mübadiləsi apardıq”, - deyə R.Nəbiyev qeyd edib. Geri dön |