Ana Sayfa > Karusel / Sosial > Sosial tələbə krediti alacaq kateqroiyalar müəyyənləşib
Sosial tələbə krediti alacaq kateqroiyalar müəyyənləşib27-07-2021, 17:39. Yazar: Admin |
Tələbə Təhsil Kreditlərinin (TTK) iki növü olacaq. Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsadiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb. Qaydaya əsasən, bura sosial və standart növlər daxildir. Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər: - ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; - 3-cü dərəcə əlilliyi olanlar; - hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar: - 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar; - işsiz kimi qeydiyyatda olanlar; - yaşa görə əmək pensiyası alanlar; - yaşa görə sosial müavinət alanlar. Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi barədə müraciət edildiyi gün tələbə göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr (yarımil) üçün sosial TTK almaq hüququna malikdir. Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər: - birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); - illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. - Standart TTK almaq hüququ müraciət tarixinə göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur. - TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir. - TTK göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. - TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir. (Apa) Geri dön |