Ana Sayfa > Karusel / Siyasət > Sahil Babayev: "Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır"
Sahil Babayev: "Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır"27-07-2021, 16:30. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bu gün Bakıda keçirilmiş Azərbaycan-Serbiya biznes forumunun bağlanış mərasimində bildirib. “Zəngəzur dəhlizi biznes fəaliyyəti üçün böyük potensial deməkdir:. Bu dəhliz Ermənistan üçün də faydalı olacaq. Əgər onlar bu istiqamətdə düzgün qərar qəbul edə bilsələr, dəhlizdən faydalanacaqlar. Çünki Zəngəzur dəhlizi Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirəcək”, - deyə o, qeyd edib. Bundan başqa, nazir bildirib ki, Serbiya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır: "Bu dəhliz nəqliyyat-logistika baxımından regionda böyük dəyişikliklərə səbəb olacaq, yeni imkanlar, perspektivlər açacaq. Serbiya da bu imkanlardan bəhrələnməkdə maraqlıdır". (Report) Geri dön |