Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü başlayıb
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü başlayıb27-07-2021, 15:21. Yazar: Admin |
Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilir. Qarabaginfo.az xəbər verir ki, toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur. Görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb. M.Şentop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək. Geri dön |