Ana Sayfa > Karusel / Multimedia > “Tesla” elektrikli yük avtomobillərinin istehsalını təxirə salıb

“Tesla” elektrikli yük avtomobillərinin istehsalını təxirə salıb


27-07-2021, 14:35. Yazar: Admin

“Tesla” elektrikli yük avtomobillərinin istehsalını təxirə salıb

ABŞ-ın “Tesla” şirkəti “Semi” elektrikli yük avtomobillərinin istehsalını 2022-ci ilə kimi təxirə salıb.

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar akkumulyatorların tədarükü ilə bağlı böhranla əlaqədardır.

Şirkət səylərini cari ildə Berlin və Texasdakı yeni müəssisələrində “Model Y” elektormobillərinin istehsalı və “Cybertruck” pikapının seriya buraxılışına hazırlamaq istiqamətində cəmləşdirəcək.


Geri dön